logo

Nazirlik Bakıya gələcək erməni futbolçuya təhlükəsizlik təminatı verilməməsini təkzib edib

19:29 12-05-2019 | icon 2940
Nazirlik Bakıya gələcək erməni futbolçuya təhlükəsizlik təminatı verilməməsini təkzib edib

Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

 YeniAvropa xəbər verir  ki, bu barədəbu barədə Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə,  deyilənlər heç bir reallığı əks etdirmir.

Nazirlik rəsmisi deyib ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.