logo

Stend atıcılarımız dünya kubokunda mübarizə aparırlar

12:31 10-05-2019 | icon 2625
Stend atıcılarımız dünya kubokunda mübarizə aparırlar

Mayın 10-da Koreya Respublikasının Çxanvon şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları start götürüb.

YeniAvropa xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının beş üzvü iştirak edir. Trap yarışlarında Əli Hüseynli və Aydan Camalova həm fərdi, həm də qarışıq cütlüklərin yarışlarında güclərini sınayırlar. Skit növündə isə Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftaxətdinova mübarizə aparırlar.

Mayın 18-dək davam edəcək dünya kubokunda 58 ölkədən 360 idmançı iştirak edir.