logo

“Böyük dəbilqə”: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

23:32 09-05-2019 | icon 3101
“Böyük dəbilqə”: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Sabah Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinin püşkü atılıb.

 YeniAvropa xəbər verir  ki, püşkatma mərasimində beynəlxalq və Azərbaycan cüdo federasiyalarının rəsmiləri, milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 15 qadın və 28 kişi idmançısının ilk rəqibləri müəyyənləşib.

Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Ramilə Əliyeva Marina Çernyak (Ukrayna), Aişə Qurbanlı Oksana Ağazadə (Rusiya), Şəfəq Həmidova Sabina Gilyazova (Rusiya), Leyla Əliyeva Nazlıcan Kılıc (Türkiyə), 52 kiloqram çəkidə Gülşən Nəzərova Gülbadam Babamuratova (Türkmənistan), Şəfəq Məmmədova Karolina Penkovska (Polşa), Gültac Məmmədəliyeva Aqata Perenk (Polşa), 57 kiloqram çəkidə İçinxorloo Munxtsedev Ruşana Nurjavova (Türkmənistan), Səkinə Zayirova Hedviq Karakas (Macarıstan), Aleksandra-Larisa Florian Yuliya Kovalçik (Polşa), 63 kiloqram çəkidə Diana Şoranova Akniyet Turdan (Qazaxıstan), Nuriyyə Axundova Kristina Kabana Peres (İspaniya), 70 kiloqram çəkidə Aidə Baxışova Laura Varqas Kox (Almaniya), Günel Həsənli Aoyfe Kaflan (Avstraliya), 78 kiloqramdan yuxarı çəkidə İrina Kindzerska Sandra Yablonskite (Litva) ilə mübarizə aparacaq.

Kişilər arasında 60 kiloqram çəkidə Oruc Vəlizadə Hakberdi Jumayev (Türkmənistan), Tofiq Məmmədov Yaqo Abuladze (Rusiya), Əhməd Yusifov Coşua Kats (Avstraliya), Orxan Səfərov Felipe Kitaday (Braziliya), 66 kiloqram çəkidə İbrahim Əliyev Çarlz Çibana (Braziliya), İsmayıl İbrahimov Georgi Zantaraya (Ukrayna), İlkin Babazadə Daniel Karqnin (Braziliya), Nicat Şıxəlizadə Məhəmməd Kossekov (Türkmənistan), 73 kiloqram çəkidə Rüstəm Orucov Madiyar Sembayev (Qazaxıstan) və Kornel Andries (Moldova) cütünün qalibi, Hidayət Heydərov Obidxon Nomonov (Özbəkistan), Telman Vəliyev Janbolat Baqtbergenov (Qazaxıstan), Rüfət Məmmədov Süleyman Hamad (CAR), 81 kiloqram çəkidə Murad Fətiyev Eoyn Kaflan (Avstraliya) və Yaromir Musil (Çexiya) cütünün qalibi, Afiq Səfərli Alfa Umar Calo (Fransa), Hasil Cəfərov İlkər Güldürən (Türkiyə), Araş Ağayi Aleksander Veçerjak (Almaniya), 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Avtandil Tçrikişvili (Gürcüstan), Əbdülhəqq Rəsullu Li Koçman (İsrail), Əliömər Tumayev Altanbaqana Qantulqa (Monqolustan), Tural Səfquliyev Davis Duda (Latviya), 100 kiloqram çəkidə Elmar Qasımov Danilo Pantiç (Monteneqro), İeso Kvirikaşvili Karolis Bauza (Litva), Zelim Kotsoyev Batır Xocaməhəmmədov (Türkmənistan), Adil Kərimli Niyaz Bilalov (Rusiya), 100 kiloqramdan yuxarı çəkidə Rüstəm Kotsoyev Ayaks Tadehara (ABŞ), Şahin Qəhrəmanov Vladislav Şerbitski (Belarus), Ayxan Cəfərov Ruslan Şahbazov (Rusiya), İmran Yusifov Temuulen Battulqa (Monqolustan) ilə güclərini sınayacaq.

Proqrama əsasən, mayın 10-da qadınlar 48, 52, və 57 kiloqram, kişilər 60 və 66 kiloqram, mayın 11-də qadınlar 63 və 70 kiloqram, kişilər 73 və 81 kiloqram, son gündə isə qadınlar 78 və 78 kiloqramdan yuxarı, kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Qeyd edək ki, bu nüfuzlu yarışa, ümumilikdə, 56 ölkədən 431 cüdoçu qatılacaq. Onlardan 256-sı kişi, 175-i qadındır. Yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq “Böyük dəbilqə”nin təntənəli açılış mərasimi mayın 10-da olacaq.