logo

“İsrafil Hüseynov” gəmisindəki yanğında xəsarət alanlar  Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib

10:07 09-05-2019 | icon 3976
“İsrafil Hüseynov” gəmisindəki yanğında xəsarət alanlar  Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib

“Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən yanğın zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 14 nəfər  işçi  Mərkəzi Neftçilər Xəstəxanasına  yerləşdirilib.

 YeniAvropa  “Saipem” şirkətinə istinadla xəbər verir ki, hazırda yaralılara tibbi yardım göstərilir. 

Şirkətdən verilən məlumatda qeyd edilir ki, hadisə “Saipem” şirkəti tərəfindən nəzarətə götürülüb və müntəzəm olaraq ictimaiyyətə məlumat veriləcək.

Həmçinin vurğulanıb ki, baş vermiş hadisə zamanı “İsrafil Hüseynov” borudüzən gəmisinin heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur. 

Xatırladaq ki, mayın 8-də saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.