logo

Sabirabadda avtomobil kanala düşdü:bir ailənin 2 üzvü  öldü

23:52 08-05-2019 | icon 3773
Sabirabadda avtomobil kanala düşdü:bir ailənin 2 üzvü  öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

YeniAvropa xəbər verir  ki, hadisə Surra və Padarçöl kəndləri ərazisindən keçən hissədə baş verib.

İlkin məlumata görə, Şamaxı rayon dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb. Nəticədə bir ailənin 2 üzvü - Şamaxının Göylər kənd sakini, 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu, 1980-cı il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu suda boğularaq ölüb. Şamaxının Göylər kənd sakini, 1965-ci il təvəllüdlü Nuhiyeva Atlas Lələ qızı isə xəsarət alıb.

Ölənlərin meyitləri FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan qadın isə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aprılır.