logo

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

17:30 08-05-2019 | icon 4921
Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, orkestrlər şəhərin müəyyən edilmiş altı ərazidə - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsindəki Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Yasamal parkında (Lider TV yaxınlığında) və Fəvvarələr meydanında çıxış edəcək.

Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq. Həmçinin Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim olunacaq.

Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan şəhərlərində də müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.