logo

Bələdiyyə sədri avtomobil qəzasında həlak oldu

21:13 04-05-2019 | icon 3759
Bələdiyyə sədri avtomobil qəzasında həlak oldu

Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

 YeniAvropa xəbər verir  ki,idarəetmədən çıxan "Mercedes" markalı avtomobil öncə ağaca dəyib, sonra istiqamətini dəyişən avtomobil yol kənarındakı su kanalına düşüb.

Nəticədə, avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.

Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.