logo

Avropa Liqasında yeni rekord qeydə alınıb

19:51 03-05-2019 | icon 3031
Avropa Liqasında yeni rekord qeydə alınıb

UEFA Avropa Liqasının ilk yarımfinalında yeni rekord qeydə alınıb.

YeniAvropa xəbər verir  ki,  səfərdə “Ayntraxt”la 1:1 hesablı bərabərə qalan “Çelsi” yeni rekorda imza atıb. Belə ki, London klubu turnirdə məğlubiyyətsizlik seriyasını 16 oyuna çatdıran ilk komanda olub. “Çelsi” bununla “Atletiko Madrid”in rekordunu yeniləyib. Madrid təmsilçisi 2011-2012-ci il mövsümündə 15 qarşılaşmada uduzmayıb.

Qeyd edək ki, “Ayntraxt” və “Çelsi” arasında cavab oyunu mayın 9-da “Stemford Bric”də keçiriləcək.