logo

Səbail rayonundakı Şıx çimərliyində 20 mərmi aşkarlanıb

23:35 26-01-2018 | icon 3220
Səbail rayonundakı Şıx çimərliyində 20 mərmi aşkarlanıb

Yanvarın 26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) paytaxtın Səbail rayonundakı Şıx çimərliyində mərmi tapılması barədə məlumat daxil olub. ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd MRV-U partladıcısı aşkar olunub. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partladıcıların ətrafında 100 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən 26-dək 72 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 9140 kvadratmetr ərazi yoxlanılıb.