logo

Kriştiano Ronaldo dünyanın ən bahalı avtomobilini alıb

12:16 02-05-2019 | icon 3059
Kriştiano Ronaldo dünyanın ən bahalı avtomobilini alıb

“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo dünyanın ən bahalı avtomobili hesab edilən "Bugatti La Voiture Noire"ni satın alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, "Bugatti La Voiture Noire" avtomobili cəmi bir ədəd buraxılıb və qiyməti 16,5 milyon avrodur. Avtomobil hələ test mərhələsində olduğu üçün ulduz futbolçu sükan arxasında oturmaq üçün bir qədər gözləməli olacaq.

İlk dəfə Cenevrə avtomobil sərgisində təqdim olunan "Bugatti La Voiture Noire" 100 kilometr sürəti 2,4 saniyədə yığır və 1500 at gücündədir. Əl ilə yığılmış super avtomobilin gövdəsi bütünlüklə karbon fiberdən düzəldilib.