logo

UEFA Avropa Liqasının final matçına 100-dən çox xarici ölkənin vətəndaşları bilet alıblar

14:14 30-04-2019 | icon 2884
UEFA Avropa Liqasının final matçına 100-dən çox xarici ölkənin vətəndaşları bilet alıblar

UEFA Avropa Liqasının 2018-2019-cu mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa əcnəbi futbolsevərlər tərəfindən böyük maraq göstərilir.

 YeniAvropa xəbər verir  ki, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 bilet məhz 100-dən artıq ölkənin vətəndaşları tərəfindən alınıb. Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbaycan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.