logo

Sabahdan məktəblərdə dərslər dayandırılır

12:10 30-04-2019 | icon 3948
Sabahdan məktəblərdə dərslər dayandırılır

Mayın 1-dən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Noyabrın 16-dan 20-dək payız tətili, yanvarın 27-dən 31-dək qış tətili, mayın 1-dən 5-dək ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.