logo

Samur-Abşeron kanalında 19 yaşlı oğlan batdı

21:31 28-04-2019 | icon 3976
Samur-Abşeron kanalında 19 yaşlı oğlan batdı

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yerli sakin batıb.

 YeniAvropa Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlunun batdığı barədə məlumat daxil olub.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.