logo

Binəqədidə yataqxanada yanğın zamanı 15 sakin təxliyə olunub

17:26 28-04-2019 | icon 3577
Binəqədidə yataqxanada yanğın zamanı 15 sakin təxliyə olunub

Paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 36 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağında çarpayı və yataq dəsti yanıb.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.