logo

“Barselona” 26-cı dəfə İspaniya çempionu oldu

11:37 28-04-2019 | icon 2863
“Barselona” 26-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasının 35-ci turu “Barselona” klubu üçün əlamətdar olub.

 YeniAvropa xəbər verir  ki, Kataloniya təmsilçisi “Levante” klubunu minimal hesabla (1:0) məğlub edərək mövsümün başa çatmasına üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Oyunda yeganə qolu 62-ci dəqiqədə Lionel Messi vurub.

İndiyədək keçirdiyi 35 oyundan 83 xal toplayan “Barselona” turnir cədvəlində ən yaxın izləyicisi “Atletiko Madrid” klubu üçün əlçatmaz olub. Çempionatda üçüncü yeri hesabında 65 xal olan “Real Madrid” tutur.