logo

UEFA nümayəndələri televiziya yayımı ilə bağlı Bakıda səfərdədirlər

18:15 23-04-2019 | icon 2877
UEFA nümayəndələri televiziya yayımı ilə bağlı Bakıda səfərdədirlər

Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb.

 YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, aprelin 24-dək davam edəcək səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40-a yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.