logo

Bayıl yamacının sürüşməsinə səbəb yeraltı çaylar olub

19:01 25-01-2018 | icon 3206
Bayıl yamacının sürüşməsinə səbəb yeraltı çaylar olub

Bayıl yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib. YeniAvropa xəbər verir  ki,  bu barədə Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizovun bu gün Bayılda sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə keçirdiyi görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Görüşdə bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, yəni 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.