logo

Bütün tibb müəssisələri Səhiyyə Nazirliyindən alınır

15:08 18-04-2019 | icon 52584
Bütün tibb müəssisələri Səhiyyə Nazirliyindən alınır

Nazirlər Kabineti “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib.

 YeniAvropa xəbər verir  ki, qərara əsasən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib.

Siyahıya paytaxtda eləcə də regionlarda fəaliyyət göstərən Mərkəzi qan bankı, Elmi-Tədqiqat institutları, Cərrahiyə, Müalicə-Diaqnostika, Narkoloji və s. sahəvi mərkəzlər, xəstəxanalar, poliklinikalar, qadın məsləhətxanaları, dispanserlər və s. daxil edilib. Silahı ilə tam şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür: 

https://cabmin.gov.az/az/document/3614/

Qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.