logo

Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

19:49 17-04-2019 | icon 2751
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb.

 YeniAvropa xəbər verir  ki,  millimiz Belarus, İspaniya və Finlandiya ilə birgə “C” qrupunda yer alıb.

Millimizin heyətində Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvili yer alıblar.

Xatırladaq ki, yarışın əsas mərhələsi Xorvatiyanın Varajdin şəhərində təşkil olunacaq. Qrupun qalibi “Dördlər finalı”na vəsiqə qazanacaq.

Qeyd edək ki, “Dördlər finalı” iyunun 21-22-də keçiriləcək.