logo

Filarmoniyada Gənclər günü qeyd ediləcək

14:53 25-01-2018 | icon 4011
Filarmoniyada Gənclər günü qeyd ediləcək

Fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər gününə həsr edilmiş tədbir keçiriləcək. YeniAvropa xəbər verir  ki, tədbir Filarmoniya və YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə reallaşacaq. Tədbir çərçivəsində konsert proqramı da təşkil olunacaq.

Konsertdə Azərbaycan xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.

Konsertdə məşhur kinofilmlərdən saundtreklər səslənəcək.