logo

İzmirdə Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb 

11:48 15-04-2019 | icon 6923
İzmirdə Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb 

Türkiyənin İzmir şəhərində Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, tədbirdə azərbaycanlı rəssam Gülnarə Muxtarova Pamuk və türk rəssam Ahmet Rüştünün əsərləri sərgilənib.

Tədbirə ümumilikdə 32 rəsm əsəri təqdim olunub. Azərbaycanlı rəssamın 17 əsərində “Xocalı soyqırımı”, “Çanaqqala döyüşü”, “Ananın duası”, “Qardaşlıq”, “Bakının təsviri”, “Azərbaycan”, türk rəssamın isə 15 əsərində sosial qeyri bərabərlik mövzuları yer alıb.

Rəssam Gülnarə Muxtarova Pamuk tədbirin əsas məqsədinin Azərbaycanı Türkiyədə, eləcə də dünyada daha geniş tanıtmaqdan ibarət olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı rəssamın əsərlərinin bu ilin sonunda Belçikada sərgilənməsi planlaşdırılır.