logo

UNESCO-nun Bakı toplantısına 3 mindən artıq nümayəndə qatılacaq

18:51 13-04-2019 | icon 4886
UNESCO-nun Bakı toplantısına 3 mindən artıq nümayəndə qatılacaq

Bu ilin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına müxtəlif ölkələrdən 3 mindən artıq nümayəndə qatılacaq.

YeniAvropa xəbər verir  ki,  bunu jurnalistlərə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda keçirilən kütləvi ağacəkmə aksiyasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, Azərbaycan Ümumdünya İrs Komitəsinin 43-cü iclasına sədrlik edəcək: “Dünya İrsi Siyahısında milli sərvətimiz olan Qobustan qoruğunun da öz yeri var və Azərbaycana səfər edəcək 3 min nəfərdən ibarət nümayəndə heyətlərinin də bura səfəri nəzərdə tutulub”.

Ə.Qarayev qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.