logo

Qubada traktor Samur-Abşeron kanalına aşıb

17:15 12-04-2019 | icon 4032
Qubada traktor Samur-Abşeron kanalına aşıb

Aprelin 12-də Qubada “Belarus” markalı traktor su kanalına aşıb.

 YeniAvropa xəbər verir  ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisində baş verib. Xaçmaz istiqamətində hərəkətdə olan traktorun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini Samur-Abşeron kanalına aşırıb.

Sürücü traktorla birlikdə kanala düşsə də, vaxtında sudan çıxa bilib və xəsarət almayıb. Hazırda traktorun kanaldan çıxarılması işlərinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.