logo

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də baş verəcək

14:26 24-01-2018 | icon 3059
Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də baş verəcək

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınacaq. YeniAvropa xəbər verir  ki, bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Verilən məlumata görə, hadisə yanvarın 31-də baş verəcək Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.