logo

Madonna  "Eurovision-2019"da bir milyon dollara səhnəyə çıxacaq

13:15 02-04-2019 | icon 4816
Madonna  "Eurovision-2019"da bir milyon dollara səhnəyə çıxacaq

Dünya şöhrətli pop-müğənni Madonna bir milyon dollar müqabilində Təl-Əvivdə "Eurovision-2019 mahnı müsabiqəsində çıxış edəcək. YeniAvropa xəbər verir  ki, "YNet" nəşrinin yazdığına görə, bu qonorarı ona milyarder Silvan Adams ödəyəcək.

Materialda deyilir ki, Adams müsabiqənin tərəfdaşı olmağı ona təklif etmiş İsrail Televiziya və Radio Yayımları Korporasiyası ilə danışıqlardan sonra bu addımı atıb.

Xatırladaq ki, 64-cü "Eurovision" beynəlxalq mahnı müsabiqəsi bu il mayın 14-18-də İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək. Azərbaycanı müsabiqədə “Truth” kompozisiyası ilə Çingiz Mustafayev təmsil edəcək.