logo

Bakıda məscidin axundu güllələndi

10:15 01-04-2019 | icon 3808
Bakıda məscidin axundu güllələndi

Martın 31-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb.

YeniAvropa xəbər verir  ki, bu haqda hüquq-mühafizə orqanlarından bildirilib. Qeyd edilib ki, Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib. 

Qətl törətdikdən sonra Hüseynbala Şamilov hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun saxlanılması üçün operativ-axtarış tədbirlərini həyata keçirirlər.

Qeyd olunur ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.(Virtualaz.org)