logo

Tarkan Rusiyada konsertlər verəcək

19:50 29-03-2019 | icon 155680
Tarkan Rusiyada konsertlər verəcək

Tanınmış türk müğənnisi Tarkan Rusiyada konsert proqramı ilə çıxış edəcək.

YeniAvropa xəbər verir  ki, Tarkan öznün “10” albomunu təqdim etmək üçün bu ilin mayında Moskvada və Kazanda konsertlər verəcək. Bu barədə “S. A. Organization” qastrolların təşkili şirkəti məlumat yayıb.

Tarkan mayın 11-də Kazanda, mayın 14-də isə Moskvada, “Crocus City Holl” konsert zalında çıxış edəcək.

Sonuncu dəfə türk pop ulduzu Moskva tamaşaçıları qarşısına 2009-cu ildə çıxıb.