logo

Aşqabadda DST-nin II Beynəlxalq Nazirlər Konfransı keçiriləcək

16:33 27-03-2019 | icon 47796
Aşqabadda DST-nin II Beynəlxalq Nazirlər Konfransı keçiriləcək

Aprelin 9-10-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində Dünya Səhiyyə Təşkilatının (DST) II Beynəlxalq Nazirlər Konfransı keçiriləcək. 

YeniAvropa türkmən KİV-nə istinadla xəbər verir ki, tədbirin əsas mövzusu “Qeyri-infeksiyalı xəstəliklərin profilaktikası və onlarla mübarizə” olacaq.

Qeyri-infeksiyalı xəstəliklər bir sıra səbəblərdən insan orqanizmində inkişaf edir, lakin onlar yoluxucu deyil. Onlardan ən geniş yayılanları ürək-damar, xroniki respirator xəstəlikləri, xərçəng və diabetdir. Yüksək səviyyədə keçiriləcək konfransın gündəliyinə türkmən mütəxəssislərin qeyri-infeksiyalı xəstəliklər üzrə risk göstəricilərinin təqdimatı və onlara qarşı qabaqlayıcı və profilaktik tədbirlərin işlənib hazırlanması daxil edilib. Bu işə təkcə tibb mütəxəssisləri deyil, həm də iqtisadçılar, idman və pedaqogika sahələrinin təmsilçiləri də cəlb olunacaq.

Dünyanın 44 ölkəsindən 100-dən çox nümayəndənin iştirak edəcəyi tədbirdə tütün və spirtli içkilərdən istifadəyə qarşı mübarizədə əldə olunmuş milli nailiyyətlərdən də söz açılacaq. DST-nin Avropa regional bürosunun məlumatına görə, Türkmənistan region ölkələri arasında tütündən ən az istifadə edən ölkədir. Bunun səbəbləri tütün əleyhinə siyasət və ölkədə böyüyən nəslin sağlam həyat tərzinə təşviq edilməsidir.

Konfransda ekologiya mövzusu, yuxarı nəfəs yolları xəstəliklərinin əsas səbəbi olan ətraf mühitin çirklənməsi məsələləri də müzakirə olunacaq, ekoloqların məruzələri dinləniləcək.