logo

Fransız bəstəkarı Filip Kirkorova qarşı iddia irəli sürüb

16:49 18-03-2019 | icon 160552
Fransız bəstəkarı Filip Kirkorova qarşı iddia irəli sürüb

Fransız bəstəkarı və ifaçısı Didye Maruani Rusiyanın xalq rtisti Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb.

YeniAvropa xəbər verir  ki, fransız bəstəkarı “Qəddar sevgi” (“Jestokaya lyubov”) mahnısına görə müəllif hüquqlarının müdafiəsi üçün F.Kirkorov və bəstəkar Oleq Popkova qarşı 272 milyon rubl məbləğində iddia irəli sürüb.

İddiada deyilir ki, bəstəkar O.Popkov və ifaçı F.Kirkorov Didye Maruaninin “Symphonic Space Dream” mahnısının musiqisindən istifadə ediblər. İddia Moskva məhkəməsinə təqdim olunub.

Fransız bəstəkarı 2016-cı ildə də Kirkorova qarşı bu iddia ilə çıxış etmişdi. Lakin o zaman mahnıların musiqisində oxşarlığı sübut etmək mümkün olmamışdı.