logo

Yasamalda baş verən yanğında 1 nəfər ölüb

10:31 18-03-2019 | icon 4109
Yasamalda baş verən yanğında 1 nəfər ölüb

Yasamal rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə ümumi sahəsi 20 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət tikilidə qeydə alınıb. Nəticədə tikilinin içərisində olan əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.