logo

Amerikalı aktrisa 106 yaşında vəfat edib

09:17 23-01-2018 | icon 4298
Amerikalı aktrisa 106 yaşında vəfat edib

Amerikalı aktrisa Konni Soyer 106 yaşında vəfat edib. YeniAvropa Rusiyanın "TASS" agentliyinə istinadla xəbər verir ki, o, Los-Ancelesdəki evində dünyasını dəyişib.

Lakin bununla belə, aktrisanın ölümünün dəqiq səbəbləri hələlik müəyyən edilməyib.

Hollivudun ən qocaman aktrisası hesab olunan K.Soyer 1953-cü ildə karyerasına başlayıb, son dəfə 2013-cü ildə kinoya çəkilib.