logo

Ağsuda yük avtomobili kanala aşdı, sürücü öldü

10:31 15-03-2019 | icon 3878
Ağsuda yük avtomobili kanala aşdı, sürücü öldü

Ağsuda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə dünən saat 17 radələrində rayonun Ərəbmehdibəy kəndi ərazisində baş verib. Belə ki, sürücü, 52 yaşlı Kəlbəcər sakini Məmmədov Mübariz Ağa oğlu Şirvan kanalı üzərindən “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən səhhəti ağırlaşıb və idarəetməni itirib. Nəticədə yük maşını Yuxarı Şirvan kanalına aşıb və sürücü hadisə yerində dünyasını dəyişib. Ətrafdakı insanların köməyi ilə sürücünün cəsədi sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.