logo

Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin birinci Beynəlxalq Elmi Konqresi işə başlayıb

23:31 14-03-2019 | icon 46501
Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin birinci Beynəlxalq Elmi Konqresi işə başlayıb

Martın 14-də Bakı Konqres Mərkəzində Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin birinci Beynəlxalq Elmi Konqresi işə başlayıb.

YeniAvropa xəbər verir  ki, “Daha yaxşı gələcək quraq” şüarı altında reallaşan konqres çərçivəsində əvvəlcə plenar iclaslar keçirilib, müxtəlif mövzularda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Cəmiyyətin sədri professor Çingiz Rəhimov konqresin keçirilməsində əsas məqsədin əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərmək olduğunu vurğulayaraq, ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair bilik və təcrübələrin yerli və xarici həmkarlarla bölüşməsi, habelə beynəlxalq əməkdaşlığın qurulması və bu sahədə yeni nailiyyətlərin təşviq edilməsi olduğunu deyib.

Mətbuat konfransında çıxış edən beynəlxalq mütəxəssislər də təcrübə mübadiləsinin üz-çənə cərrahiyyəsinin bütün istiqamətlərinin inkişafına töhfə verəcəyini qeyd edib, yüksək səviyyədə təşkilatçılığa görə öz minnətdarlıqlarını bildiriblər.

Sonra konqresin açılış mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Cəmiyyətin fəaliyyətindən bəhs edən videoçarxa baxıblar. Cəmiyyətin sədri professor Çingiz Rəhimov konqresdə yerli tibb qurumlarının nümayəndələri ilə yanaşı, ABŞ, Rusiya, Tailand, Niderland, Almaniya, Birləşmiş Krallıq, İran, Türkiyə, İtaliya, Hindistan, Almaniya və Gürcüstandan tibb elmi məktəblərinin tanınmış mütəxəssisləri və alimlərinin iştirak etdiyini diqqətə çatdırıb. Sədr konqresə 400-dən çox mütəxəssisin qatıldığını və 130-dan çox elmi məqalənin təqdim edildiyini bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, konqresə martın 16-da yekun vurulacaq.