logo

Meksika kinosu Bakıda

18:49 14-03-2019 | icon 4788
Meksika kinosu Bakıda

Meksikanın Azərbaycandakı səfirliyi, “Landmark Cinema” ilə əməkdaşlıq apararaq meksikalı rejissor Alfonso Kuaronun “Roma” filmini təqdim edib. Bu film müxtəlif mükafatlara, eyni zamanda, “Ən yaxşı xarici film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı fotoqrafiya” nominasiyaları üzrə üç “Oskar”a layiq görülüb. 

YeniAvropa xəbər verir  ki, tədbirə gələn tamaşaçılar ötən əsrin 70-ci illərinin Mexiko şəhərinin həyat və ab-havasını canlandıran bu ekran əsərindən zövq alaraq filmi maraqla seyr ediblər.

Qeyd edək ki, “Roma” filminin premyerası Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində 2018-ci il avqustun 30-da keçirilib və ekran əsəri “Qızıl şir” mükafatına layiq görülüb. Alfonso Kuaronun qələbəsi ilə meksikalı rejissorların uğuru bir daha təsdiqlənib. Son 6 il ərzində İncəsənət və Kinoşünaslıq Akademiyasında seçilmiş ən yaxşı rejissorlardan beşi meksikalıdır.