logo

240 minlik avtomobil hədiyyə olunduğu Afətin “Pəncü şeş”inə QADAĞA qoyuldu

23:14 04-03-2019 | icon 148183
240 minlik avtomobil hədiyyə olunduğu Afətin “Pəncü şeş”inə QADAĞA qoyuldu

Müğənni Afət Fərmanqızının son vaxtlar dahi klassikimiz İmaməddin Nəsiminin “Sığmazam” qəzəlini hind musiqisi üzərinə ifa etməsi gündəmi zəbt etmişdi.

YeniAvropa xəbər verir  ki, müğənninin sözügedən “mahnı”sının efirlərdə səslənməsinə rəsmi şəkildə qadağa qoyulub. 

Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Asəf Hacıyev təmsil etdiyi qurum tərəfindən belə bir qadağanın qoyulmadığını deyib: "Ola bilsin ki, belə bir qadağanı televiziya rəhbərləri qoyub. Biz onların daxili qaydalarından məlumatlı ola bilmərik".  

Qeyd edək ki, ifaçının “Pəncü şeş” adı ilə oxuduğu mahnı ictimai xadimlər tərəfindən dəfələrlə tənqid olunmasına baxmayaraq, əksər efirlər reytinq xatirinə müğənnini məhz bu mahnıya görə qonaq çağırıb, gündəm yaratmağa çalışırdı.

Hətta "Xəzər TV"nin efirində  Toliklə müğənni Manaf Ağayevin iştirakı ilə bu mahnıya görə müğənniyə 240 minlik avtomobilin hədiyyə edildiyini göstərmişdi.b