logo

28 namizəd məktəblərə direktor vəzifəsinə təyin edilib

16:47 01-03-2019 | icon 3738
28 namizəd məktəblərə direktor vəzifəsinə təyin edilib

Dövlət ümumtəhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, nəticələrə əsasən, 28 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.