logo

Nigarla Dima Bilana rekord baxış...

20:31 19-01-2018 | icon 119413
Nigarla Dima Bilana rekord baxış...

Rusiyanın məşhur pop ifaçısı Dima Bilanla azərbaycanlı müğənni Nigar Camalın “Qucaqla məni” (Обними меня) adlı klipi “Youtube”də 10 milyondan çox baxış toplayıb.YeniAvropa xəbər verir  ki, bu barədə D. Bilan 2,3 milyonluq rəsmi instaqram səhifəsində məlumat verib.  Rusiyalı ulduz bildirib ki, sözügedən mahnı və klip sosial şəbəkələrdə kifayət qədər uğur qazanıb. O, bunun üçün dinləyicilərə təşəkkürünü bildirib. 

Xatırladaq ki, klip 2013-cü ildə ekranlaşdırılaraq Rusiyada böyük səs-küyə səbəb olmuşdu. Duet həm ingilis, həm də rus dilində ifa edilmişdi.

Həmin layihədən sonra Nigar Camala Rusiyadan təkliflər gəlmiş, müğənni orada qalaraq fəaliyyət göstərməkdən imtina etmişdi.