logo

Azərbaycan Mumbayda Beynəlxalq Film-Turizm sərgisində təmsil olunub

17:29 25-02-2019 | icon 1680
Azərbaycan Mumbayda Beynəlxalq Film-Turizm sərgisində təmsil olunub

Mumbay şəhərində Hindistanın Beynəlxalq Film Turizm Şurası (İndia İnternational Film Tourism Conclave – İİFTC) tərəfindən Hindistan filmlərinin çəkilişi üçün ərazilərin təqdimi üzrə sərgi keçirilib.

Azərbaycanın Hindistandakı səfirliyindən YeniAvropa-ya verilən məlumatda qeyd edilib ki, tədbirdə Hindistanın və bir sıra xarici ölkələrin  aparıcı kino və turizm şirkətləri, o cümlədən tanınmış "Bollivud" və "Tollivud" kino ulduzları, dünya söhrətli film direktorları və rejissorları, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Sərgi iştirakçıları öz ölkələrinin gözəl mənzərələrini təqdim etməklə hind filmlərinin çəkilişini aparmaq məqsədilə kino şirkətlərini maraqlandırmaga çalışıblar. 

Ölkəmizi sərgidə “Nərimanfilm” kinostudiyası və Azərbaycan Respublikasının Hindistandakı səfirliyi təmsil ediblər. İlk dəfə olaraq tədbirdə Azərbaycan pavilyonu qururlub və Azərbaycanın iştirakı Hindistan kino şirkətləri tərəfindən böyük maraqla qarşılanıb. Ölkəmizin paytaxtı və təbiətinin gözəl mənzərələrini görən pavilyonumuzun qonaqları Azərbaycanda film çəkilməsi üçün bütün şəraitin olmasını və həmin ərazilərdə film çəkməkdə maraqlı olduqlarını bildiriblər.

Məlumatda qeyd edilib ki,sərgidə ölkəmizin iştirakı hind filmlərinin  Azərbaycanda çəkilişinə töhfə verərərək ölkəmizin təkcə Hindistanda deyil, bütün dünyada yaşayan çoxmilyonlu hind kino həvəskarlarına tanıdılması və Azərbaycana gələcək turist axınının əhəmiyyətli dərəcədə artmasına xidmət edəcəkdir.