“Oskar” mükafatı sahiblərinə təqdim edilib
Fevralın 24-də Los-Ancelesdəki dünyaca məşhur “Dolby” teatrında 2018-ci ildə kinematoqrafiya sahəsində xidmətlərə görə 91-ci “Oskar” mükafatının təqdimatı mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, mükafatlar “ən yaxşı film” nominasiyasında “Yaşıl kitab” filminə, “ən yaxşı rejissor” kateqoriyasında isə “Roma” filminin yaradıcısı Alfonso Kuarona təqdim edilib. “Ən yaxşı aktyor” mükafatına “Bohemiya rapsodiyası” filmində baş rola görə Rami Malek layiq görülüb, “ən yaxşı ikinci plan aktyoru” isə “Yaşıl kitab” filmində ifa etdiyi rola görə Maherşal Əli elan edilib. “Ən yaxşı aktrisa” kateqoriyasında “Favorit qadın” filmində yaratdığı obraza görə Oliviya Kolman qalib gəlib, “Ən yaxşı ikinci plan aktrisa” titulunu isə “Əgər Bill-Srtit danışa bilsəydi” ekran əsərində oynadığı rola görə Recina Kinq qazanıb.
Xarici dildə ən yaxşı film Alfonso Kuaronun “Roma” ekran əsəri olub. Ən yaxşı adaptasiya olunmuş ssenari mükafatına isə “Qara klan üzvü” filminə görə Oskar Spayk Li, Çarli Vatçel, Devid Rabinovits, Kevin Uilmott layiq görülüblər. “Ən yaxşı orijinal ssenari” mükafatı “Yaşıl kitab” filminə görə Piter Farelli, Nik Vallelonqi, Brayan Heyes Karriyə, “ən yaxşı animasiya filmi” mükafatı isə “”Hörümçək adam – kainatlardan keçərək” ekran əsərlərinə təqdim olunub. Həmçinin Alfonso Kuaronun “Roma” filmi “ən yaxşı operator”, Con Ottmanın “Bohemiya rapsodiyası” “ən yaxşı montaj”, “Dəri” filmi (rejissor Qay Nattiv) “ən yaxşı qısametrajlı bədii film”, “Təkbaşına sərbəst yüksəliş” filmi (rejissorlar Cimmi Çina və Elizabet Çey) ən yaxşı sənədli film hesab olunublar. “Ən yaxşı qısametrajlı sənədli film üçün “Oskar” isə Rayx Zehtabçinin “Nöqtə. Cümlənin davamı” filminə təqdim edilib. Rejissor Domi Şinin “Bao” ekran əsəri isə “ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasının qalibi olub.
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq