logo

Qar  səbəbindən Bakı-Yevlax yolunda zəncirvari qəza baş verib

13:51 17-02-2019 | icon 4424
Qar  səbəbindən Bakı-Yevlax yolunda zəncirvari qəza baş verib

Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki,zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.

Qəza nəticəsində 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.