logo

Şəmkirdə istixana yandı – xəsarət alan var

12:15 15-02-2019 | icon 4242
Şəmkirdə istixana yandı – xəsarət alan var

Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub. Yanğın vətəndaşa məxsus istixananın yardımçı tikilsində baş verib. 

YeniAvropa xəbər verir  ki, ilkin məlumatlara görə, yanğın 100 m2-ə yaxın sahəsi olan qazanxanada baş verib.  Tikilidə içərisində olan qazanxananın qızdırılması üçün istifadə olunan 4 ton mühərrik yağı və  texniki avadanlıqlar tam, oradakı "QAZel" markalı yük maşını isə qismən yanıb.

Yanğın zamanı 1990-cı il təvəllüdlü Afiq Nəbi Oğlu Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.