logo

Tehranda Azərbaycanın “Muğam” instrumental ansamblının konserti olub

23:15 14-02-2019 | icon 4886
Tehranda Azərbaycanın “Muğam” instrumental ansamblının konserti olub

İranda keçirilən 34-cü “Fəcr” Musiqi Festivalı çərçivəsində Tehranın “Niyəvəran” Mədəniyyət Mərkəzində Azərbaycanın “Muğam” instrumental ansamblının konserti olub.

 YeniAvropa xəbər verir  ki, konsertdə muğam, xalq və bəstəkar mahnıları ifa edilib. Ansamblın bədii rəhbəri, tarzən Sahib Paşazadənin və muğam ifaçısı Abgül Mirzəliyevin ifasında səslənən Azərbaycan xalq mahnısı “Sarı gəlin” xüsusi maraqla və sürəkli alqışlarla qarşılanıb.

Tamaşaçılar arasında hökumət və dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, xarici dövlətlərin İrandakı səfirliklərinin əməkdaşları, Azərbaycanın bu ölkədəki səfirliyinin kollektivi də olub.