logo

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

21:56 08-02-2019 | icon 4648
Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqram Azərbaycan və Latviya hökumətləri arasında təhsil sahəsində əməkdaşlığa dair sazişə əsasən elan olunub.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları aprelin 1-nə kimi https://scholarships.viaa.gov.lv/en/login  keçidi vasitəsilə Latviya hökuməti, aprelin 5-dək isə https://www.app.htp.edu.az / keçidində Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron ərizə sistemlərini doldurub təsdiqləməlidirlər.

Proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd Latviya hökuməti tərəfindən ödəniləcək. Səyahət və sığorta xərcləri isə namizədlərin özləri tərəfindən qarşılanacaq.

Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.