logo

Qubada ekskavator çaya aşdı, sürüçünü sel apardı

16:57 07-02-2019 | icon 4172
Qubada ekskavator çaya aşdı, sürüçünü sel apardı

Fevralın 7-si səhər saatlarında Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavator çaya aşıb.

YeniAvropa xəbər verir  ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində sürücü suya düşüb.

 Ekskavatorçunun tapılması üçün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.