logo

Bakıda ŞOK HADİSƏ: İllərlə topladığı pulu ev almağa gedərkən itirdi - VİDEO

10:31 18-01-2018 | icon 3367
Bakıda ŞOK HADİSƏ: İllərlə topladığı pulu ev almağa gedərkən itirdi - VİDEO

İllərdir ev almaq üçün əziyyət çəkib topladığı pulu, Bakıda kirayədə yaşayan Bəhruz Bayramov elə ev almağa gedərkən itirib. YeniAvropa "Xəzərxəbər"ə istinadən xəbər verir ki,Bəhruz Bayramov içərisində  21 min 800 manat  və 5 minat dəyərindəki qızılın olduğu əl çantasını valideynləri ilə birlikdə  alacaqları evə baxmağa gedərkən itirib.Hadisə Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində baş verib.

Bakıda ŞOK HADİSƏ: İllərlə topladığı pulu ev almağa gedərkən itirdi
 Bəhruz Bayramov deyir ki, uzun illər  ailəsi ilə birlikdə Nərimanov rayonunda yaşayıb. Evləri plana düşdüyü üçün onlara 20 min manat kompensasiya verilib. Bu pulun qarşısılığında yeni ev almaq qərarına gəliblər. Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat verəcəyini deyir.