logo

Bakıda betonqarışdıran maşın aşdı: sürücü öldü

15:50 02-02-2019 | icon 3997
Bakıda betonqarışdıran maşın aşdı: sürücü öldü

Bakıda tikinti işləri aparılan ərazidə ölüm hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Nəsimi rayon prokurorluğundan bildirilib. Qeyd edilib ki, hadisə  yanvarın 31-də saat 21:00 radələrində  baş verib.

Rayon prokurorluğu yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə xəndəyə düşərək sürücünün ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Ə.Həşimov idarə etdiyi betonqarışdıran yük avtomobilinin beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə aşması nəticəsində ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.(Trend)