V qrup üzrə qəbul imtahanlarında dəyişiklik edilib
2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə V qrupun dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, 2019-cu ildən etibarən dizayn ixtisası yalnız “Təsviri sənət” istiqamətində olacaq. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ixtisas üzrə Qabiliyyət İmtahanı Komissiyaları Bakıda və Gəncədə təşkil olunacaq.
Komissiyalar üzrə qabiliyyət imtahanı 2 fənn üzrə keçiriləcək:
- rəsm
- rəsmxət və ya kompozisiya
Qabiliyyət imtahanının yekun nəticəsi “məqbul”la qiymətləndirilir. Hər bir fənn üzrə abituriyentin tapşırığı 10 ballıq qiymətləndirmə şkalası ilə qiymətləndirilir. 5 və daha yüksək bal müsbət qiymət hesab edilir. Fənlər üzrə toplanılmış ballar əsasında orta qiymət hesablanır. Qabiliyyət imtahanından yekun olaraq "məqbul" almaq üçün abituriyentin orta qiyməti 7 və daha çox olmalıdır. Rəsm imtahanından müsbət qiymət ala bilməyən abituriyent 2-ci imtahana buraxılmır.
Dizayn ixtisası üzrə qeydiyyatdan keçmiş bütün abituriyentlər rəsm fənnindən qabiliyyət imtahanı verməlidirlər. Rəsm imtahanından müsbət qiymət almış abituriyentlər 2-ci fənn üzrə qabiliyyət imtahanına buraxılırlar. 2-ci imtahan rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə olacaq. Abituriyentlər öz seçimləri əsasında rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə qabiliyyət imtahanında iştirak edirlər.
Qabiliyyət imtahanından yekun olaraq “məqbul” qiymət almış abituriyentlər müsabiqəyə buraxılırlar. Müsabiqəyə buraxılmış abituriyentlər hansı fənn üzrə 2-ci imtahanı verməsindən asılı olmayaraq bütün ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Azərbaycan Texnologiya Universiteti istisna olmaqla) dizayn ixtisasını seçmək hüququ qazanırlar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və kompozisiya fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.
Azərbaycan Texnologiya Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və rəsmxət fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.
Rəsm fənni üzrə imtahanda abituriyentə naturadan rəsminin çəkilməsi tələb edilən gipsdən olan antik baş və ya ornament təqdim edilir. Abituriyent bu tapşırıqlardan birini çəkməlidir. Gipsdən olan antik baş A2, ornament A3 formatlı kağız üzərində karandaşla çəkilməlidir. Abituriyentə antik başı çəkmək üçün 8 akademik saat, ornamenti çəkmək üçün 4 akademik saat vaxt verilir.
Rəsmxət fənni üzrə imtahanda abituriyent həcmi fiqurun verilmiş iki proyeksiyası əsasında çatışmayan üçüncü proyeksiyasını qurmalı və qurulmuş proyeksiyalar əsasında həcmi fiqurun aksonometrik proyeksiyasını çəkməlidir. Tapşırıq A3 formatlı kağız üzərində karandaşla işlənməlidir. Tapşırığı çəkmək üçün abituriyentə 4 akademik saat vaxt verilir.
Kompozisiya fənni üzrə imtahanda abituriyent A3 formatlı kağız üzərində sulu boya və ya qarışıq texnika (tuş, tempera, quaş) ilə verilmiş mövzuya aid kompozisiya çəkməlidir.Tapşırığı çəkmək üçün abituriyentə 6 akademik saat vaxt verilir.
Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Gəncə şəhərində DİM-in Gəncə Regional bölməsində keçiriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, ədəbiyyat siyahıları yaxın vaxtlarda DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışları olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlərdə nəşr ediləcək.
Dizayn ixtisası haqqında ətraflı məlumat “Təsviri sənət” vəsaitində veriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri “Abituriyent” jurnalının 2-ci nömrəsində nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək xahiş olunur.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ