logo

Bakıda “Fransanın dadı” beynəlxalq qastronomiya festivalı keçiriləcək

12:30 31-01-2019 | icon 5523
Bakıda “Fransanın dadı” beynəlxalq qastronomiya festivalı keçiriləcək

Bakıda “Fransanın dadı” beynəlxalq qastronomiya festivalı təşkil ediləcək. YeniAvropa xəbər verir  ki,  öz beş illik yubileyini qeyd edən “Fransanın dadı” festivalı martın 1-də 16-dək davam edəcək.

Festival ərəfəsində “Institut Français d'Azerbaidjan” komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edəcək.

Belə ki, “Landmark”da fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.

Fransız mətbəxi fransız mədəniyyətinin ayrılmaz bir hissəsidir. Fransız kinematoqrafını isə fransız komediyası olmadan təsəvvür etmək mümkün deyil. Fevralın 1-də kinoqurmanlara Kristian Vensanın “Prezident üçün aşbaz” kinokomediyası təqdim olunacaq.

Fransız dilində nümayiş olunacaq filmlərə giriş pulsuzdur.